KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + FOTO, VİDEO (YENİLƏNİB)

KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + FOTO, VİDEO (YENİLƏNİB)

GÜNDƏM

25.05.2026, 12:43

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

Məlumata görə, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Mayın 23-də Təbrizdə avtombil qəzasında vəfat edən Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq/APA.

***

Mayın 23-də Azərbaycanın Təbrizdəki konsulu qəzada dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hörmətli diplomat həmkarımız, Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin!", - XİN-dən bildirilib

***

Azərbaycanın Təbrizdəki konsulunun öldüyü qəza yerindən görüntülər yayılıb.

Mia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun həlak olduğu qəza ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, konsulumuz Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyəti zamanı idarə etdiyi avtomobillə qəzaya düşüb və nəticədə həlak olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR