ADY 25 dəqiqəlik yol üçün 58 manat pulu "tutdu", ancaq bilet vermədi - "ADY "Sistem xətasıdır" deyir"

ADY 25 dəqiqəlik yol üçün 58 manat pulu \"tutdu\", ancaq bilet vermədi - \"ADY \"Sistem xətasıdır\" deyir\"

İQTİSADİYYAT

Bugün, 20:07

"Təyyarə deyil, bildiyimiz ADY qatarıdır: 25 dəqiqəsi 58 manat! Şəkildə gördüyünüz (Yazının sonunda paylaşılıb - Mia.az) bu qiymət təyyarə bileti deyil, Azərbaycan Dəmir Yollarının (ADY) rəsmi səhifəsidir. Qardabanidən Böyük Kəsiyə qatarla yol cəmi 25 dəqiqə çəkir və ADY bu qısa yol üçün bizdən düz 57.76 AZN (digər günlərdə isə şəkildə göründüyü kimi 113-125 AZN!) pul tələb edir".

Mia.az xəbər verir ki, bu məlumatı Şahmar Sofiyev adlı şəxs feysbuk-dakı "Müştəriyəm Şikayətim Var" səhifəsində paylaşıb.

Onun iddiasına görə, məsələnin xoş olmayan tərəfi isə budur: "Mən bu reysə bilet alarkən sistem pulu kartımdan çəkdi, amma bilet vermədi. ADY-nin Çağrı mərkəzi "sistem xətası olub" deyir və mənə eyni qatar biletini indi daha bahaya yenidən almağı təklif edir! Ona da bilet tapılmır...

ADY-nin öz sistem xətası ucbatından mənə zorla sırımaq istədiyi qatar biletinin qiyməti ilə AZAL-ın təyyarə biletinin qiyməti rəsmən eyniləşib.

Hörmətli ADY, mən pulumun geri qaytarılmasını yox, hesabımdan kəsilən vəsait müqabilində biletimin təmin edilməsini tələb edirəm! Öz sistem xətanızın bədəlini sərnişinə ödədib, 25 dəqiqəlik qatar yoluna görə vətəndaşı bu dərəcədə soymaq yolverilməzdir. İlkin qiymətlə olan biletimi dərhal təmin edin!"
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR