Qəzza zolağında Hamed xəstəxanasını vurulub - Qətər XİN bəyanat yaydı

img

20-05-2025 [08:12]


İsrail ordusu Qəzza şəhərinin şimal-qərbində yerləşən Hamed Reabilitasiya və Protez Xəstəxanasına artilleriya zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin hücumları səbəbiylə aylardır istifadəsiz qalan, ancaq bir neçə gün əvvəl yenidən məcburən fəaliyyətə başlayan xəstəxana növbəti dəfə İsrail ordusunun hədəfinə tuş gəlib: "Artilleriya atəşi nəticəsində xəstəxanaın bir hissəsi yararsız hala salınıb. Bu səbəbdən xidmət yenə dayandırılıb"

Xəstəxananın maliyyəçisi olan Qətərin Xarici İşlər Nazirliyi də faktı psiləyib. Nazirlik bu barədə bəyanat yayıb: "Qətər işğalçı İsrail dövləti tərəfindən Qəzza zolağında Hamed Reabilitasiya və Protez Xəstəxanasının bombalanmasını şiddətlə qınayır"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:06 20.05.2025

Daha üç qanun dəyişir