Vaqif Şadlinski yenidən sədr seçildi - Ağsaqqallar Şurasının toplantısı + FOTOLAR
19-05-2025 [18:48]
Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib.
Mia.az xəbər verir ki, ilk öncə tədbirə dəvət olunan qonaqlar, rayon rəhbərliyi və Ağsaqqallar Şurasının üzvləri Ulu Öndər Heydər Əliyevin büstünə gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ilk öncə qonaqları – Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevi, millət vəkili Asif Əsgərovu və digər qonaqları salamlamış, daha sonra tədbir iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Şuranın sədri prof. Vaqif Şadlinski Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair hesabatı ilə bağlı geniş məruzə etmişdir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışmış, qeyd etmişdir ki, “Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır. Daha sonra məruzəçi Şuranın son 2 ildəki fəaliyyəti haqqqında geniş məlumat vermişdir.
(Hesabat dövrü ərzində görülən işlər sadalanarkən həmin tədbirlər video-çarx vasitəsilə yığıncaq iştirakçılarına çatdırılmışdır.)
İlk öncə iclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri prof. Eldar Quliyev respublikanın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlardan danışmış, Nəsimi Rayon Ağsaqqallar Şurasının, xüsusilə Şuranın sədri professor Vaqif Şadlinskinin fəaliyyətini yüksək dəyərləndirmişdir.
Sonra tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs etmiş, son iki ildə Nəsimi rayonunda gedən abadlıq quruculuq işlərindən danışmış və rayonun ictimai-siyasi həyatında ağsaqqalların geniş nüfuzunu qeyd etmişdir.
Daha sonra tədbirdə Rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda yaşayan azsaylı xalqların monolit birliyindən danışmış, Nəsimi rayon ağsaqqallarının günü-gündən artan nüfuzundan bəhs etmişdir.
Yığıncaqda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun günbəgün artmasından və bu işdə Nəsimi Rayon Ağsaqqallar Şurasının, Şuranın sədri Vaqif Şadlinskinin böyük rolundan söz açmışlar.
Daha sonra çıxış edən Xalid Kərimov Nəsimi Rayon Ağsaqqallar Şurasının 2 illik fəaliyyət dövrünün hesabatının qənaətbəxş hesab edilməsini təklif etmişdir.
Təklif səsə qoyulmuş, hesabat yığıncağının iştirakçıları yekdilliklə Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci fəaliyyət illərinin hesabatını qənaətbəxş hesab etmişlər.
Tədbir iştirakçıları açıq səsvermə yolu ilə yekdilliklə Əməkdar elm xadimi, professor Vaqif Şadlinskini yenidən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri seçmişlər.
Yığıncaq bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam etmişdir. İlk öncə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Eldar İsmayılov Əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə “Qızıl ürək” medalını təqdim etmişdir. Daha sonra Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvü, ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev “Fəxri Fərman”la təltif edilmişdir. Fəxri Fərmanı millət vəkili, prof. Eldar Quliyev təqdim etmişdir.
Daha sonra aşağıda adları qeyd olunan Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri “Təşəkkürnamə” ilə təltif olunmuşlar: Vaqif Orucov, Həsənxan Mədətov, Həqiqət Qədirova, Leyla Mextiyeva, Fərhad Nağıyev.
Təltif olunanlar adından Azərbaycan Dillər Universitetinin rektor müşaviri Ələddin Əliyev çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasına və üzvü olduğu Rayon Ağsaqqallar Şurasına öz minnətdarlıqlarını bildirmişdir.
Sonda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, prof. Vaqif Şadlinski çıxış edərək bir daha ölkə rəhbərliyinə, Azərbaycan Ağsaqqallar Şurasına və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib