Ərdoğan da Albaniyaya gedir

img

15-05-2025 [21:44]


Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan sabah Albaniyaya gedəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, VI Avropa Siyasi Birliyinin Zirvə toplantısına qatılacaq.

Bu barədə Kommunikasiyalar direktoru Fahrettin Altun açıqlama verib. O bildirib ki, zirvə toplantısında Avropa İttifaqına üzv və namizəd ölkələrin və digər Avropa ölkələrinin dövlət və hökumət başçılarının, həmçinin Aİ qurumlarının rəhbərlərinin, NATO, ATƏT və Avropa Şurasının baş katiblərinin birgə və ayrı-ayrılıqda toplantıları olacaq: "Prezident Ərdoğan toplantıda "Yeni Dünyada Yeni Avropa: Birlik-Əməkdaşlıq-Birgə Fəaliyyət" mövzusunda keçiriləcək sessiyasında çıxış edəcək...". 

Xatırladaq ki, bu gün Azərbaycan lideri İlham Əliyev Albaniyaya gedib. 

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA