2 min metrdən çox rabitə naqilini dirəkdən kəsib oğurlayanlar tutulub

img

12-05-2025 [10:56]


Zərdab rayonunda  12 min manat dəyərində 2 min 720 metr kommunikasiya naqillərini oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar. 

Onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12 min manat dəyərində 2 min 720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR