Bu gün Heydər Əliyevin doğum günüdür
GÜNDƏM
10.05.2025, 00:01
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Mia.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.
Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın ABŞ-dan əsas tələbləri: “Bu, haqlı şərtlərimizdir”
Bugün, 00:26 GÜNDƏM
-
Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?
Bugün, 00:14 İDMAN
-
DÇ-2026: İsveç yığmasının heyəti açıqlandı
Bugün, 00:10 İDMAN
-
Müğənni Rəqsanə plastik əməliyyatdan sonra... - FOTO
Bugün, 00:07 ŞOU-BİZNES
-
Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Trampdan İrana xəbərdarlıq: "Biz oyun oynamırıq"
12.05.2026, 22:25 GÜNDƏM
-
Pentaqon İranla müharibənin ABŞ-a neçə başa gəldiyini açıqladı – Yekun məbləğ
12.05.2026, 22:02 DÜNYA
-
Tiktoker "Eliş"ə hökm oxundu
12.05.2026, 22:02 KRİMİNAL
-
Bu gün “Avroviziya”nın yarımfinalı keçiriləcək
12.05.2026, 20:30 ŞOU-BİZNES
-
Gürcüstandan ölkəmizə gətirilən heyvanlar geri qaytarıldı - Xəstəlik var?
12.05.2026, 20:20 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefonda danışdı - Nələr müzakirə edilib?
12.05.2026, 19:14 GÜNDƏM
-
“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı
12.05.2026, 19:09 İDMAN
-
CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyaya qatıldı
12.05.2026, 18:45 SİYASƏT
-
Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxış + FOTOLAR
12.05.2026, 18:27 SİYASƏT
-
3 nazir istefa verdi, 89 deputat çağırış elədi – Baş nazir “getməyəcəyəm” deyir
12.05.2026, 18:16 SİYASƏT
-
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.05.2026, 18:05 SİYASƏT
-
Ərdoğan Qazaxıstana gedir
12.05.2026, 17:54 GÜNDƏM
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
12.05.2026, 17:41 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
12.05.2026, 17:34 SİYASƏT
-
Departament rəhbərinin yeznəsiylə icra başçısının tender sövdələşməsi...
12.05.2026, 17:28 İQTİSADİYYAT
-
Əli Əsədov yeni qərar imzalayıb
12.05.2026, 17:20 İQTİSADİYYAT
-
Taylandda yarasalarda yeni Koronavirus növü aşkarlandı
12.05.2026, 17:13 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.05.2026, 17:00 İQTİSADİYYAT
-
Cəbrayılda siqaret istehsal ediləcək
12.05.2026, 16:49 İQTİSADİYYAT
-
Polkovnik Rasim İldırım icra başçısı olmaq istəyən zərərçəkənə daha 150 min geri vermək istəyir - Məhkəmə qalmaqalı
12.05.2026, 16:32 KRİMİNAL
-
Qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
12.05.2026, 16:16 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
12.05.2026, 16:03 CƏMİYYƏT
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə səlahiyyət verildi
12.05.2026, 15:56 İQTİSADİYYAT
-
"Real Madrid": “Arda Gülər satılmayacaq”
12.05.2026, 15:40 İDMAN
-
Mehdi Cavadov müşavir vəzifəsindən azad olunub
12.05.2026, 15:36 CƏMİYYƏT
-
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12.05.2026, 15:26 GÜNDƏM
-
Nazirlik: "Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur"
12.05.2026, 15:19 CƏMİYYƏT
-
Azərbaycan hərbçiləri "EFES - 2026" çoxmillətli təliminə qatılıb - VİDEO
12.05.2026, 15:14 GÜNDƏM