Arda Turan Ukrayna klubu ilə anlaşıb? - Maraqlı iddia yayıldı

img

05-05-2025 [00:17]


Türkiyənin "Eyüpspor" komandasnın baş məşqçisi olan Arda Turanla bağlı şok məlumat yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun Londonda Ukrayna komandası “Şaxtyor”un rəsmiləri ilə görüşdüyü deyilir.

İddiaya görə, klub rəsmiləri Ardaya növbəti mövsüm üçün komandanın başında keçməyi təklif ediblər: "Tərəflər anaşmanın bir addımlığındadır"

Xatırladaq ki, “Eyüpspor”u 1-ci Liqadan Superliqaya daşıyan Arda Turan ümumilikdə 80 matçda 44 qalibiyyət, 22 məğlubiyyət və 14 heç-heçəyə nail olub.

“Şaxtyor” isə hazırda 57 xalla üçüncü pillədə qərarlaşıb. İlk pillədə qərarlaşan Kiyev “Dinamo”sunun 67 xalı var.

Fərid ASLAN
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir