İsrail yardım gəmisinə PUA ilə hücum edib

img

02-05-2025 [10:45]


"Azadlıq Flotiliyası" gəmisi İsrail pilotsuz uçuş aparatı (PUA) tərəfindən Qəzza sahili yaxınlığında hücuma məruz qalıb.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, PUA zərbəsi nəticəsində gəmidə yanğın baş verib. Ekipaj qəza siqnalı göndərib və Kipr Hərbi Dəniz Qüvvələri buna reaksiya verib.

Bildirilib ki, hazırda gəmi Malta sahillərində beynəlxalq sularda lövbər salıb.

2024-cü ildə bir neçə ölkənin sülh tərəfdarları tərəfindən formalaşdırılan "Azadlıq Flotiliyası" fələstinlilərə humanitar yardım çatdırmaq üçün yenidən təchiz edilmiş traulerdən istifadə edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA