MİLLİ MƏCLİSİN "FOTO YANĞISI" OLAN DEPUTATLARI... - Onlar kimlərdir? (FOTOLAR)
SİYASƏT
23.04.2025, 10:26
Adətən insanlar, xüsusən də gənclər yeni əyləncə yerlərinə, səyahətə, təbiət qoynuna, toya, idman yarışına və s. gedəndə, oradan müxtəlif fotolar çəkib paylaşırlar. Bu, çoxdan dəb halını alıb və çoxlarının sevincək olmasından, bir növ dost-tanışa “acıq verib”, qürrələnib “baxın hardayam” demək istəyindən irəli gəlir. Kənardan baxanlardan isə kimisi bunu adi, normal hal, kimisə də “görməmişlik” kimi qəbul edir…
Belə görünür ki, Milli Məclisdəki bəzi gənc deputatlarımız eyni “dəbi” parlamentə də daşıyıblar. Aşağıda təqdim etdiyimiz və təsadüfən qarşımıza çıxan fotolar Milli Məclisin ən gənc deputatlarından olan Mircəlil Qasımlının “feysbuk” səhifəsindən götürülüb.
Parlamentdə Kəlbəcəri təmsil edən M.Qasımlı 1992-ci ildə Bakıda anadan olub. Tərcümeyi-halında yazılır ki, əmək fəaliyyətinə 2010-cu ildə(18 yaşında!) magistral avtomobil yollarının "İntellektual İdarəetmə Sistemi" mərkəzində kommersiya direktoru kimi başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Slovakiya universitetlərinin birində magistr təhsili aldığı qeyd edilir. İdmançıdır. Deputat edilməzdən əvvəl son vəzifəsi "Bakı Məişət Maşınları" ASC-nin sədri olub.

Təbii ki, rəsmi məlumatlarda Qasımlının gənc yaşında ASC sədri və sonra da deputat olmasının “uğur hekayəsi” barədə bir şey deyilmir. Ancaq mətbuatın yazdığına görə, əslən Kəlbəcərdən olan C.Qasımlı Slovakiyadakı fəxri konsul Cəlal Qasımovun qardaşı oğludur. Gənc deputatın magistr təhsilini Slovakliyada alması da bu səbəbdən yəqin ki, təsadüfi deyil…
Mətbuatda yayılan digər məlumat isə ondan ibarətdir ki, C.Qasımlı “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. Yeri gəlmişkən, 2015-ci ildə Binəqədi rayonu ərazisində bu şirkətin tikdiyi binanın üzlüyü yanmış və nəticədə 15 nəfər həlak olmuş, xeyli sayda insan yaralanmışdı. Bu işlə bağlı 8 il azadlıqdan məhrum edilən M.Mahmudov 4 il sonra azadlığa buraxılmışdı…

Bütün bunlar C.Qasımlının deputatlığa doğru keçdiyi “keşməkeşli siyasi yol” barədə müəyyən təsəvvür yaradırsa, onun öz sosial şəbəkə səhifəsində “poz verərək” paylaşdığı foto və videolar da deputatlıq fəaliyyətinin nədən ibarət olduğu barədə fikir formalaşdırır. Yeri gəlmişkən, fotolarında C.Qasımlı digər gənc həmkarı, Şabrandan deputat edilən Mahir Süleymanlı ilə birgə “poz verib”. M.Süleymanlı da “çox ağır və mürəkkəb siyasi yol” keçərək, “vərəsəlik üsulu” ilə atası, keçmiş deputat T.Süleymanlının parlamentdəki kreslosunu tutub və bu gənc deputat da ədalı video və fotolar paylaşmağın həvəskarıdır…
C.Qasımlının deputatlıq fəaliyyətyinə gəlincə, onun digər əksər həmkarlarından nə artıq, nə də əskik olduğunu deyə bilərik. Sadəcə, özünün paylaşdığı son videoların birində Qəbələdəki Kəlbəcərdən köçkün düşmüş seçicilərlə görüşü əks olunub ki, orada da təxminən 17 nəfər iştirak edib. Deputatın özü həmin videoda onunla görüşə olduqca az seçicinin gəlməsindən gileylənir. Amma millət vəkilinin kimdən kimə şikayət etdiyi bilinmir. Hər halda, kəlbəcərlilər deputatlarından az yox, çox şey gözləsəydilər, görüşə də az yox, çox sayda qatılardılar…

Təbii ki, Azərbaycan reallıqları nəzəə alınmaqla, belə “arxalı” gənclərin parlament üzvü olmasında qeyri-adi heç nə yoxdur. Lakin hər şeyə rəğmən, məntiqlə parlamentin fotosessiya yeri yox, ciddi qanunların qəbul edildiyi, ölkənin, xalqının taleyinə təsir edən qərarların qəbul olunduğu yer olması lazımdır.
Bir də maraqlıdır ki, bu gənclərin bahalı kostyumları, saatları, “bərkgedən maşınları”, villaları, lyuks həyatları və bir də təbii ki, ciblərindəki deputat mandatlarından başqa nələri var, hansı işin, əməlin sahibidirlər, deputat kimi qanunverici orqana, yaxud seçicilərinə hansı xeyrləri dəyib? Bu adamlar Azərbaycan parlamentinin, ümumilikdə ölkənin ictimai-siyasi həyatının, gələcəyinin formalaşması üçün nə edir, nə edəcək və ümumiyyətlə, nəsə etmək iqtidarındadırlarmı?
Bu sualları uzatdıqca uzatmaq olar. Amma hər halda, deputat mandatı, millət vəkili kürsüsü, kreslosu ədalanmaq, forslanmaq, “fotosessiya keçirmək” üçün deyil. Zatən bu cür gənc millət vəkillərindən ciddi nəsə gözləməyin yəqin ki, yeri yoxdur, amma heç olmasa, təməli Azərbaycan Cümhuriyyəti dövründə min əziyyətlə qoyulmuş qanunverici orqanı qeyri-ciddi məkana, az qala şadlıq saraylarının foyesinə döndərməsinlər…
Cəlal Məmmədli
“AzPolitika.info”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
Bugün, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
Bugün, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
Bugün, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
Bugün, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
Bugün, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
Bugün, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
Bugün, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
Bugün, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
Bugün, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
Bugün, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
Bugün, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
Bugün, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
Bugün, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
Bugün, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
Bugün, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
Bugün, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
Bugün, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
Bugün, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
Bugün, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
Bugün, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
Bugün, 15:23 ŞOU-BİZNES
-
Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - "Access Bank" "ələ keçirildi"
Bugün, 15:18 İQTİSADİYYAT
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarıldı və...
Bugün, 15:02 İQTİSADİYYAT
-
Sumqayıt xəstəxanalarında kütləvi yoxlama və... - Kimlər vəzifələrini itirdi? (TAM SİYAHI)
Bugün, 14:35 CƏMİYYƏT
-
General yeni idarənin rəisi təyin edildi
Bugün, 14:21 CƏMİYYƏT
-
MHP-dən Ərdoğanla Yavaşın qapalı görüşü haqda diqqətçəkən açıqlama: "AK Partiyaya qatılsa..."
Bugün, 14:10 SİYASƏT
-
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Bugün, 13:57 GÜNDƏM
-
İran prezidenti: "Dirənməliyik, çünki..."
Bugün, 13:16 DÜNYA
-
Milli Məclisdə müzakirə: magistratura təhsilinin müddəti 1 ilə endiriləcək?
Bugün, 13:04 CƏMİYYƏT
-
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 12:53 CƏMİYYƏT
-
Şahbaz Şərif Azərbaycana gəlir - Bu tarixdə
Bugün, 12:49 GÜNDƏM
-
Kinematoqrafçılar İttifaqının konfransı - Yeni sədr seçildi (Yenilənib)
Bugün, 12:44 MƏDƏNİYYƏT