Vitse-spiker infarkt keçirib - Vəziyyəti ağırdır

img

16-04-2025 [00:51]


Ötən ay İmralı həbsxanasında PK lideri Abdullah Öcalanla görüşən DEM Partiyasının İstanbuldan deputatı, eyni zamanda Türkiyə parlamentinin (TBMM) sədr müavini  Sırrı Süreyya Öndər infarkt keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə üzvü olduğu DEM Partiyası məlumat açıqlayıb.

Bildirilib k, İstanbulda özəl xəstəxanalardan birinə yerləşdirilən deputatın həyatına təhlükə yaranıb: "Həkimlər ağır vəziyyətdə olan deputatın durumunu nəzarətdə saxlayır. Əlavə açıqlamala olacaq"

Xatırladaq ki, Sırrı Süreyya Öndər 7 iyul 1962-ci ildə Adıyamanda anadan olub. O, rejissor, ssenarist, prodüser, aktyor, jurnalist və siyasətçidir. 

2011-ci ildən ta bu günədək keçirilənseçkilərdə deputat seçilib.

Zülfiyyə
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA