BƏƏ Suriyaya uçuşları bərpa edib

img

15-04-2025 [09:10]


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyaya ilə bağlı daha bir müsbət addım atıb.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, ərəb ölkəsi Dəməşqə təyyarə uçuşlarının yenidən başlamasına qərar verib.

Bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi olan WAM yerli quruma istinadla xəbər yayıb.

Bildirilib ki, BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi Suriyanın müvafiq qurumu ilə detalları müzakirə edərək razılaşma əldə edib: "13 ildən 0sonra bu gün həyata keçiriləcək uçuş bir ilk olacaq".

Qeyd edək ki, Dəməşq Beynəlxalq Hava Limanı yanvarın 7-də beynəlxalq reyslərə açılıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR