Bakıda əməliyyat: 6 nəfər tutulub

img

13-03-2025 [12:42]


Polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında 14 kiloqram narkotik vasitə aşkarlayıb. 

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.

Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər - R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar. Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA