Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik

img

12-03-2025 [15:27]


Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına cavab göndərib.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz artıq sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik", - A.Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Ermənistanın yanaşmaları Azərbaycanla sülh qurmaq hazırlığına uyğundur.

A.Mirzoyanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA