QHT sədri Rövşən Novruzoğlu həbsxanada ölüb

QHT sədri Rövşən Novruzoğlu həbsxanada ölüb

CƏMİYYƏT

05.03.2025, 11:58

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, dünən həbsxanada dünyasını dəyişib.

Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR