Otel tikintisində yanğın: 6 işçi ölüb, 7 yaralı var - Yüzdən çox işçi xilas olunub

img

14-02-2025 [17:30]


Cənubi Koreyanın Busan şəhərində otelin tikintisində güclü yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə,nəticədə 6 işçi ölüb, 7 nəfər yaralanıb.

"Yonhap" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib: "Otelin birinci mərtəbəsində izolyasiya materialı bəlli olmayan səbəbdən alışıb. Nəticədə qarşısıalınaz alov 6 işçinün ölümünə, 7 nəfərin isə yaralanmasına səbəb olub. Yüzdən çox işçi isə xilas edilib".

Faktla bağlı araşdırma gedir.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR