Bingöldə sərnişin avtobusu aşıb: 4 ölü, 32 yaralı var - FOTO

img

13-02-2025 [23:21]


Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusu qarlı havada dərəyə yuvarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə “Mardin Travel” şirkətinə məxsus sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Bingöl valisi Əhməd Həmdi Ustanın açıqlamasına görə, qəzada 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Tahir Şəlvəli
MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR