Bakıda Roma papasının adına katolik kilsə inşa olunacaq - 665 min manat ayrılıb

Bakıda Roma papasının adına katolik kilsə inşa olunacaq - 665 min manat ayrılıb

MƏDƏNİYYƏT

10.02.2025, 17:26

Bakıda Roma papası II İohann Pavelin adına katolik kilsəsinin inşası nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hazırlıqlara başlayıb.

Hazırda kilsənin layihə-smeta sənədləri hazırlanır. Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.

Xatırladaq ki, II İohann Pavel 1920–2005-ci illərdə yaşayıb(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR