"Fənərbağça"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...

\"Fənərbağça\"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...

İDMAN

Bugün, 00:08

"Fənərbağça" Şükrü Saracoğlu İdman Kompleksi daxilindəki Çobani Stadionunun tutumunu artırır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, stadionun azarkeş tutumu  64 min nəfərə çatdırmaq üçün yeni layihə hazırlanıb.

Məlumatda deyilir ki, təxminən 50 milyon avroya başa gələcəyi gözlənilən layihə çərçivəsində stadionun mövcud damı 6 metr qaldırılacaq, yeni tribunalar və 52 yeni VIP loja yaradılacaq: "12 aya tamamlanacaq iş tamamlandıqdan sonra isə ilə təxminən 25 milyon avro əlavə illik gəlir hədəflənir".

Məlumata görə, artıq prezident Əziz Yıldırım və idarə heyəti üzvləri Dolmabahçedə prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək layihənin təfərrüatlarını təqdim ediblər: "Lazımi icazə prosesindən sonra sürətli iş başlayacaq"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR