TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB

TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB

İDMAN

Bugün, 16:01

Türkiyədə ən azı üç nazirin telefonlarına casus proqramı ilə sızmağa cəhd edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Apple" şirkətinin Türkiyə də daxil olmaqla 110 ölkədəki istifadəçilərə göndərdiyi təcili təhlükəsizlik xəbərdarlıqları olub.

Həmin xəbərdarlıqda "casus proqram" ilə bir çox nazirlərin mobil cihazlarına müdaxilələr edildiyi qeyd olunub.

"Middle East Eye" yazır ki, 110 ölkədəki yüksək vəzifəli şəslər arasında 3 türkiyəli nazir də olub.

Türkiyədən adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, belə uğursuz sızma cəhdi olub, lakin dərhal müvafiq tədbirlər görülüb: "Təhlükəsizlik səbəbindən adları gizli saxlanılan nazirlərin həssas məlumatlarını qorumaq üçün onların telefonları yeniləri ilə əvəzlənib, əlavə təhlükəsizlik cihazları və xüsusi şifrələnmiş tətbiqlər də yüklənib. Narahatlıq yoxdur".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR