Tarixin ən böyük kriptovalyuta soyğunu: 245 milyon dollar oğurluq, bir gecədə xərclənən 500 min dollar və...

Tarixin ən böyük kriptovalyuta soyğunu: 245 milyon dollar oğurluq, bir gecədə xərclənən 500 min dollar və...

İQTİSADİYYAT

Bugün, 10:16

ABŞ-da məhkəmə qarşısına çıxarılan 22 yaşlı Sinqapurlu Malone Lam tarixin ən böyük kriptovalyuta soyğunlarından birini təşkil etməkdə ittiham olunur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ilk məhkəmə iclasında soyğunu təşkil və icra etmək ittihamını qəbul edib.

İttiham aktına görə, Lam tarixə düşən bu soyğunu  dostları ilə birlikdə həyata keçirib: "O və dəstəsi tam olaraq 245 milyon dollar dəyərində Bitcoin oğurlayıblar. Oğurlanmış vəsaiti onlar daha çox əyləncəyə xərcləyiblər. Məsələn, onlar bir gecədə əyləncə klublarının birində 500.000 dollara qədər pul xərcləyiblər. Bundan başqa, Lam 100.000 ilə 3.8 milyon dollar arasında dəyərində lüks avtomobillər alıb...".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR