AMEA-nın müxbir üzvü vəfat edib
05-02-2025 [17:50]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Rüfət Mir-Qasımov vəfat edib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub. O, Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib, elmlər namizədi, elmlər doktoru elmi dərəcələri alıb, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilib.
R. Mir-Qasımov AEA Fizika İnstitutunda (1963-1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunmuşdur. Lokal kvant nəzəriyyəsinə alternativ kvant sahə nəzəriyyəsinin qurulması onun mühüm nəticələrindən biridir. Alim burada Plank sabiti və işıq sürəti ilə yanaşı, yeni universal sabit – fundamental uzunluğu da daxil etmişdir. Bu nəzəriyyə çərçivəsində yüksək enerjilərdə yeni fiziki hadisələrin mövcudluğu proqnozlaşdırılıb.
Rüfət Mir-Qasımov relyativist konfiqurasiyalı fəza konsepsiyası əsasında iki cismin relyativist probleminə yanaşma üsulunu verib və Şredinger kvant mexanikasını inkişaf etdirib. Lorens qrupunda Kazimir operatorunu relyativistik hissəciklər arasında məsafə kimi interpretasiya etmiş və bunu kvant mexanikası məsələlərinin həllinə tətbiq edib. Bu interpretasiya və Furye ayrılmalarından istifadə etməklə fəzanın relyativistik konfiqurasiyasını qurmuş və bununla da dalğa tənliklərinin həllində differensial hesablamalarla yanaşı, sonlu fərqlər üsulunun tətbiqinin də səmərəliliyinin artırılmasına nail olub. Bu yanaşma proton modelinin, kvark modellərinin, yüksək enerjilərdə adronların yayılması, relyativistik nüvə fizikası və s. tədqiqatlarda geniş tətbiqini tapıb.
Alim həmçinin kvant sahə nəzəriyyəsinin hamilton təsvirindən istifadə etməklə işıq konusunda dinamikanın təsviri üçün səmərəli üsul işləmiş və tətbiq etdib. Kvant sahə nəzəriyyəsində kvazipotensial yanaşma əsasında relyativistik kvant mexanikasının sonlu-fərq variantını inkişaf etdirmişdir. Relyativistik kvant mexanikası çərçivəsində səpilmə nəzəriyyəsi və kvant mexanikasında istifadə olunan yaxınlaşmaların analoqlarını qurub, sonlu-fərq tənliklərinin xassələrinə əsaslanaraq, kvarkların konfaynment (tutulub saxlanma) mexanizmini təklif edib.
Kvant fəzası konsepsiyasını inkişaf etdirib, Şredinqer tənliyinin bir sıra dəqiq həllərini tapıb.
Rüfət Mir-Qasımov 150-dən çox elmi əsərin müəllifi idi
Allah rəhmət eləsin!
57 şagird zəhərlənib - Türkiyədə
Sergen Yalçının qardaşı vəfat edib
Avrozona iqtisadiyyatı yanvar ayında böyüyüb - Hesabat
Pensiyaya artım nə vaxtdan veriləcək? - DSMF sədri açıqladı
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb - "Toplum TV" işi üzrə
Ziraat Kuboku: “Trabzonspor” 2-ci Liqa komandası ilə bacarmadı, azarkeşlər Şenol Günəşə "od püskürdü"
ƏƏSMN: "1,1 milyon pensiyaçının pulu artacaq"
Tahir Rəhimov saxlanılıb
"Qarabağ" Julio Romao ilə vidalaşıb
AMEA-nın müxbir üzvü vəfat edib
ADY-də dəyişiklik: Rövşən Rüstəmov departament müdirini vəzifədən kənarlaşdırdı - Növbədə kimdir?
MUXTAR BABAYEV NAZİR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni təyinat oldu
Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək - SƏRƏNCAM
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ağdərə rayonu ərazisində silah-sursat tapılıb
Dövlət Komitəsi yanında İctimai Şuranın sədri seçildi
Prezident daha bir sazişi təsdiqləyib - Fərman
Əmək pensiyaları indeksləşdirildi - Sərəncam
DİN: "Ötən il bank kartlarından 22,4 milyon manat talanıb"
"Trabzonspor" xorvatiyalı futbolçunu icarəyə verib
Prokurorluq Mərkəzi Xəstəxana rəhbərliyini cərimələyib
"Fənərbaxça" yeni transferinə yeni klub axtarır
"Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq..." - İlham Əliyev Ərdoğana məktub göndərdi
Vahid Əhmədov xəstəxanaya yerləşdirilmə xəbərinə belə reaksiya verdi: "Bağa gedirəm..." - YENİLƏNİB
Aparıcı: "Burada o qədər "şaybalar" var ki..." - VİDEO
Əbülfəs Qarayev xanımıyla Polad Bülbüloğlunun yubileyində - FOTOLAR
10-a yaxın plastik cərrahın lisenziyası ləğv olundu - Siyahıda kimlər var? (FOTOLAR) - YENİLƏNİB)
Netanyahu Trampa peycer hədiyyə edib - Biri qızıl, digəri isə...
İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq
AFFA "Turan Tovuz"u cərimələyib
Keçmiş idarə rəisi Ədliyyə Nazirliyini məhkəməyə verdi
Sabah hava necə olacaq? - Proqnoz
İTKİN DÜŞMÜŞ DAHA ÜÇ HƏRBÇİNİN ŞƏXSİYYƏTİ MÜƏYYƏN OLUNDU - FOTO
İpoteka kreditləri: 5 min ev satılacaq? - Vüqar Bayramov yazır
Tramp Netanyahu ilə görüşdə İranı müharibə ilə hədələdi: "Mən bunu istəmirəm, ancaq..." - "Tehranla elə bir saziş olmalıdır ki..."
Ağdam, Füzuli və Xocavənddə təmir-bərpa işləri... - Publik hüquqi şəxsin 5.1 milyon manatlıq tender ləğv olundu
Efirdə meyxanaçının qadın müğənniyə "150 manatlıqsan" sözü gərginlik yaratdı - VİDEO
"Şəkili Yusif" həbs edildi
MN: Suriyada PKK/YPG terrorçuları zərərsizləşdirilib
Məşhur müğənninin üzünü yandırıblar - Qadın salonunda (FOTOLAR)
Tramp Netanyahu ilə görüşdə "Qəzza bizim - ABŞ-ın torpağı olacaq, fələstinlilər isə köçürüləcək" dedi - Ər-Riyad və HƏMAS-dan sərt etirazlar gəldi
Arzu Hüseynova Mətbuat katibi təyin olunub
Cəbrayıl şəhərciyində əməliyyat: qadın narkotiklə tutulub