Cəbrayıl şəhərciyində əməliyyat: qadın narkotiklə tutulub

img

05-02-2025 [10:29]


Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb.

Mia.az xəbər verir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb.

Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:01 05.02.2025

SOCAR məlumat yaydı