Ziraat Kuboku: “Trabzonspor” 2-ci Liqa komandası ilə bacarmadı, azarkeşlər Şenol Günəşə "od püskürdü"

img

05-02-2025 [18:18]


Şenol Günəşin baş məşqçisi olduğu “Trabzonspor” bu gün Ziraat Türkiyə Kubokunda 2-ci Liqa komandası “İskenderunspor”la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda gözlənilməz nəticə alınıb.

Belə ki, Şenol Günəşin komandası Hatayın “İskenderunspor” komandasına qalib gələ bilməyib - 2:2

Oyundan sonra azarkeşlər məşqçi Şenol Günəşə qarşı şüarlar səsləndirib, onu təhqir ediblər.

Şenol Günəş isə söyüşlərə səbrli yanaşa bilməyib və azarkeşlərlə mübahisə edib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib