Lisenziyası ləğv olunan plastik cərrahlar... - Siyahıda kimlər var? (FOTOLAR, YENİLƏNİB)
06-02-2025 [16:17]
Lisenziyası ləğv edilmiş plastik cərrahların tam siyahısı məlum olub.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin imzaladığı əmrlə aşağıdakı şəxslərin lisenziyası ləğv olunub:
Ağamirova Könül Əlifirid qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818
Əliyeva Şövkət Tofiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889
Həmidova (Heydərova) Sevinc Abisalam qızı – sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407
Kərimova Bəhicə Rafiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491
Quliyeva Rəna Ədalət qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988
Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967
Salmanlı Elnarə Eldar qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603
Qeyd edək ki, adıçəkilən şəxslərin hamısı 2022-ci ildən sonra lisenziya alıbmış. Hazırda məsələ ilə bağlı prokurorluqda araşdırma davam edir.
***
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.
Məlumata görə, məşhur plastik rekonstruktiv cərrah, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.
Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi. Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var.
D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır(Bakupost.az).

***
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, siyahıda bir sıra tanınmış şəxslər var.
Belə ki, lisenziyası ləğv edilənlər arasında “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.
Qeyd edək ki, bu gün estetik cərrah Sevinc Heydərovanın da lisenziyasının ləğv olunmasına dair məlumat yayılıb.
***
Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.
Mia.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən qərar verilib.
Qeyd olunur ki, həmin cərrahların, o cümlədən S. Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Məsələ ilə bağlı S. Heydərovanın köməkçisi açıqlama verərək onun ölkə xaricində olduğunu və hazırda işləmədiklərini qeyd edib. Bildirib ki, o, bir ay sonra Bakıya qayıdacaq. Köməkçisi Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu söyləyib.
Sevinc Heydərovanın işlədiyi “İnternational Medical Centre”dən də bu barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün Xüsusi Təftiş Komissiyası yaradılmışdı. Səhiyyə Nazirliyi tərəfindən lazımi sənədlərin komissiyaya təqdim olunması üçün onlara vaxt verilmişdi.
Xatırladaq ki, S. Heydərova daha əvvəl də dəfələrlə uğursuz plastik əməliyyatlar etməkdə ittiham olunub. Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. Belə ki, o, 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq sənətçi bunun fəsadlarını yaşayıb, görmə qabiliyyəti tamamilə zəifləyib.
F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi