Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək - SƏRƏNCAM

Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək - SƏRƏNCAM

GÜNDƏM

05.02.2025, 17:12

Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR