Keçmiş hakim və prokuror həbs edilib - Ölkədən qaçmaq istəyirlərmiş

img

24-01-2025 [12:40]


Türkiyədə keçmiş məhkəmə hakimi və prokuror həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu Ədirnədə polisi məlumat yayıb.

Qeyd edilib ki, FETÖ ittihamı ilə axtarışda olan keçmiş hakim E.G və prokuror İ.K. Yunanıstana gizli yollarla qaçmaq istəyərkən saxlanılıblar: 

"Onlar Ədirnədə qeyri-qanuni yollarla Yunanıstana qaçmağa çalışarkən tutulub və prokurorluğa təhvil verilib".

Məlumata görə, ifadələri alındıqdan sonra hər iki keçmiş vəzifəli şəxs məhkəməyə aparılıb: "Məhkəmə onlar haqda həbs qətimkan tədbiri seçib".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA