XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb - TAM MƏTN
GÜNDƏM
19.01.2025, 21:49
Azərbaycanın Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Mia.az bəyanatı təqdim edir:
"35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.
Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.
Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.
Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.
20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.
Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.
Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!
Yaşasın Azərbaycan!"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
44 yaşlı tiktoker cərimələndi
Bugün, 16:04 KRİMİNAL
-
Anar: "O pullar Yazıçılar Birliyinə qaytarılmalıdır"
Bugün, 15:52 PRESS
-
GENERALIN QIZI İLƏ GENERAL-MAYOR ARASINDA NİFAQ BÖYÜYÜR
Bugün, 15:38 GÜNDƏM
-
İcra başçısı "TikTok"da onu təhqir edən şəxsi tutdurdu
Bugün, 15:15 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub
Bugün, 15:08 CƏMİYYƏT
-
Havanın temperaturu 10 dərəcəyədək enəcək - Xəbardarlıq
Bugün, 14:56 GÜNDƏM
-
Məktəblərdə beşgünlük payız tətili başlayır
Bugün, 14:50 CƏMİYYƏT
-
İsrail Ordusu Livana hücuma başlayıb
Bugün, 14:26 DÜNYA
-
Azərbaycan Premyer Liqası: oyun cədvəli açıqlanıb
Bugün, 14:20 İDMAN
-
RƏSMİ MOSKVA QƏRBİN QARŞISINA "TƏSLİM PAKETİ" QOYUB: bir ölkə NATO-dan çıxmalı, üç ölkə qoşulmamalı... - Moldova və Ukrayna ilə bağlı ayrıca tələblər var
Bugün, 14:12 GÜNDƏM
-
Qaz limiti ləğv edilir? – AÇIQLAMA
Bugün, 13:57 GÜNDƏM
-
NAZİR MÜAVİNİN OĞLU RUS BLOGERLƏ EVLƏNİR - FOTOLAR
Bugün, 13:17 ŞOU-BİZNES
-
Müğənni Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Fantastik maaş
Bugün, 13:08 ŞOU-BİZNES
-
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 12:51 CƏMİYYƏT
-
RƏSMİ BAKI: "Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb"
Bugün, 12:46 SİYASƏT
-
ABŞ elitası hərbi bazalara sığınır - TƏHLÜKƏ ZƏNGİ, YOXSA...?
Bugün, 12:44 GÜNDƏM
-
Media və Yayım Şurası media subyektlərinə çağırış edib
Bugün, 12:38 SİYASƏT
-
Skaloninin müqaviləsinin müddəti uzadıldı
Bugün, 12:27 İDMAN
-
Keçmiş komanda yoldaşı Sergen Yalçını "topa tutdu": "Tezliklə qovulacaq"
Bugün, 12:21 İDMAN
-
ABŞ prezidenti: "İranla müharibəni bu dəqiqə dayandıra bilərəm, ancaq..."
Bugün, 12:06 GÜNDƏM
-
Bakıda kütləvi dava - Üç nəfər bıçaqlandı
Bugün, 11:58 KRİMİNAL
-
"Şərurlu İsfəndiyar" hara, universitetdə tələbələrlə görüş hara? - "Təhsilim olmasa da, 76 yaşım var, həyat dərsi keçmişəm"
Bugün, 11:56 SİYASƏT
-
3.7 milyonluq cinayət işi, aylıq 55 min manat maaş, 2,4 milyonluq mülk qalmaqalı, şübhəli tenderlər və... - Etibar Pirverdiyevlə bağlı şok iddialar yayıldı
Bugün, 11:44 GÜNDƏM
-
AHİK-də aylarla ləngidilən dəyişklik - Sahib Məmmədov müavinini yola saldı
Bugün, 11:29 SİYASƏT
-
Xalq artistləri Qarabağa köçməyiblər - "Yəqin onu görüblər və elə biliblər ki, mən daha orada yaşayıram"
Bugün, 11:13 MƏDƏNİYYƏT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
Bugün, 11:00 GÜNDƏM
-
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Bugün, 10:56 GÜNDƏM
-
TƏBİB-in keçmiş rəhbəri jurnalistə vəzifə verdi - Açıqlama
Bugün, 10:34 PRESS
-
Tramp və nazirə "sayğılı ol" deyə bağıran əsgərə medal verildi - FOTO
Bugün, 10:22 DÜNYA
-
Özünüməşğulluq proqramı ilə verilən əmlaklar... - Onlar necə geri alına bilər?
Bugün, 10:14 CƏMİYYƏT
-
Sergen Yalçın məğlubiyyətdən danışdı: "Gələcəkdə də Ardanın çiyinlərinə böyük yük düşəcək"
Bugün, 10:08 İDMAN
-
"Azəriqaz"da rejimlərə nəzarət, dispetçer şöbəsi və fəhlələrin maaşı gecikdirilib - Komitə sədri Azər Məmmədovu qanunları pozmaqda ittiham edir
Bugün, 09:59 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:48 İQTİSADİYYAT
-
Mustafa Cecelinin konserti yarıda kəsildi - Vali səhnəyə çıxdı və elan etdi
Bugün, 09:29 MƏDƏNİYYƏT