Cənubi Koreya prezidenti 7 saatlıq əməliyyatla saxlanılıb - Cangüdənlərlə polis toqquşub

img

15-01-2025 [09:56]


Cənubi Koreya prezidenti Yun Sok-Yol tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə ölkənin rəsmi agnetliyi olan “Yonhap” məlumat yayıb.

Bildirilib ki, 7 saatlıq əməliyyat və qarşıdırmadan sonra ölkə başçısı saxlanılıb.

Xəbərdə deyilir ki, əməliyyat zamanı onun cangüdənləri polis qüvvələrinə çox ciddi problemlər yaradıb.

Əməliyyatda ümumilikdə 3 min polis iştirak edib. Ölkə başçısının tərəfdarları da əməliyyat bölgəsinə toplanaraq etiraz şüarıları səsləndirblər.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA