Myanmada torpaq sürüşməsi: 12 nəfər ölüb, itkin düşənlər var

img

14-01-2025 [00:39]


Myanmanın Kaçin əyalətinin şimalında yerləşən Yanqon şəhərində nefrit mədənində torpaq sürüşməsi baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 12 nəfər ölüb, onlarla insan isə torpaq altında qalıb.

Məlumata görə, xilsetmə briqadası hadisə yerində çalşsa da, hələ də itkin inanları xilas etmək mümkün olmayıb: "İndiyədək 4-ü uşaq olmaqla 12 nəfərin cəsədi çıxarılıb. Lakin azı 60 nəfər torpaq altında qalıb".

Məlumatda o da deyilir ki, sürüşmə nəticəsində 50-yə yaxın ev zərər görüb.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR