Sərvət Çətin: "...bu, bizi çox məyus edərdi"

img

13-01-2025 [00:30]


"Son dəqiqədə olsa da, qol vurduğumuz və qlaib gəldiyimiz üçün çox sevincliyəm".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Trendyol 1-ci Liqasının 19-cu həftəsində "MKE Ankaragücü"nə 1:0 hesabı ilə qalib gələn "Amed Sportif" komandasnın Azərbaycan əsilli baş məşqçisi Sərvət Çətin oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, komandasının bu qələbəyə çox ciddi ehtiyacı olub: "Azarkeşlərin dəstəyi əvəzsizdir. Komandanın baş məşqçisi təyin olunduğum gündən oynadığımız matçlar arasında ən yaxşılarından biri də bu oyun idi. Ona görə, düşünürəm ki, əgər oyun heç-heçə bitsəydi, bu, bizi çox məyus edərdi...".

Fərid ASLAN

MİA.aZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA