İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və bələdçilərlə görüşdə: "Qara qutu açılanda..." - FOTOLAR (YENİLƏNİB)
06-01-2025 [13:25]
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Mənim Sərəncamımla ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü - iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı.
Bildiyiniz kimi, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq.
Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür. Yenə də deyirəm, ilkin məlumatlar var. Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır.
Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi.
“Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Ekipaj üzvlərinin fəaliyyətini nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti onları yüksək mükafatlarla təltif edib.
Ekipaj üzvlərinin ailələrinə, həmçinin təyyarə qəzasında həlak olanların hamısının ailələrinə bir daha başsağlığı vermək istəyirəm. Məhz ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu.
Yəqin ki, siz də bu faciəvi xəbərin dünya mediasında necə işıqlandırıldığını izləyirsiniz. Bütün digər məsələlərlə yanaşı, ekspertlər məhz pilotların peşəkarlığını və qəhrəmanlığını qeyd edirlər, eyni zamanda, ekipaj heyətinin bütün digər üzvlərinin. Çünki belə bir şəraitdə qəza enişi etmək və Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində demək olar ki, idarəolunmaz halda olan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Heç kim özünü itirmədi, hərçənd artıq dediyim kimi, ekipaj üzvləri başa düşürdülər ki, sağ qalmaq şansı demək olar, yoxdur. Görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir, amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər. Qəhrəmanlıq da bundan ibarətdir. Əgər pilotların nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq meyarları varsa, bunu məhz belə adlandırmaq lazımdır.
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik. Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.
Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.
Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə sizinlə daimi əlaqə saxlamaq və sizi narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb.
Bir daha mənim başsağlığımı qəbul edin və əmin olun ki, biz bu məsələni, bu araşdırmanı sonadək başa çatdıracağıq.
X X X
Sonra təltifolunma mərasimi keçirildi.
Prezident İlham Əliyev: "Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz!" - MÜSAHİBƏ (VİDEO, FOTOLAR) - Yenilənib
"Qalatasaray"ın hücumçusu kasıb həmvətənlilərinə 4.4 milyoin avro xərcləyib - 2 min ədəd...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Həmzə Məmmədliyə 6 il cəza kəsilib
GÖMRÜK İŞÇİSİ 461 MN MANATLIQ QIZILLA TUTULUB - Mirzəliyev məşhur polkovnikin qardaşı oğlu imiş (FOTO, YENİLƏNİB)
Bələdiyyə sədrindən deputata elə cavab verildi ki... - "Oğrunun oğru olduğunu unutdursan..."
18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
Dövlət Milli Dram Teatrında direktor təyinatı olub
"Xəbər bizi son dərəcə kədərləndirdi" - İlham Əliyev
Bu xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Bodrum FK" futbolçusu ilə vidalaşıb - Yeni anlaşma
“Bir müddət əvvəl fəxri adlar pulla satılırdı” - Təranə Qumral
Prezident “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişik edib
ONLARIN MAAŞI 15 FAİZ QALXDI - Prezident sərəncam imzaladı (SİYAHI)
"Nə qədər gec deyil, həyəcan təbili vurulmalıdır..." - Vahid Tağıyev təhsildəki problemlərdən yazır
Suriyada hava limanı açılıb - İlk səfər bu ölkədən olub
Ərdoğan Bərzanini qəbul edib - FOTO
MN-də 143 milyon mənimsəmə işi: şikayət verilib
İstanbulda turistlərin pullarını ələ keçirən dəstə lideri və üzvləri saxlanılıb - Təfərrüat
Lukaşenko savaşdan qorxur: "Ukraynadakı demokratiyadansa, Belarusun diktaturası yaxşıdır"
Bakalavr pilləsi ləğv edilir - Necə olacaq?
Metroda gediş haqqı qalxır? - Açıqlama
2025-ci ilin bayram günləri açıqlandı
"Hər yer Qəzzaya çevrilir" təhdidinə Baxçalıdan cavab: "Qurd qurdu uzaqdan tanıyar, bunlar kimdir ki?"
Masazır sakinləri şikayətlənir
AKŞENERİN KEÇMİŞ MÜAVİNİ TARİXİ SİRLƏRİ AÇDI: "Ərdoğan gecəylə ona zəng etdi, istefaya qoymadı" - "Meral xanım guya xəstələndi, səhəri isə..."
Şimali Koreya yeni ballistik raketin sınağını təsdiqlədi: "Bütün rəqiblərimizə qarşı..."
BAKIDA MƏŞHUR İDMANÇILAR MAYORA GECƏYARISI HÜCUM ÇƏKİBLƏR: "Kikboksyorlar beşbarmaqla..." - Açıqlamalar (FOTOLAR, YENİLƏNİB)
Yunanıstana qaçmaq istəyən terrorçular tutulub
Qəzza zolağında daha iki ev vurulub - Ölənlər var
Ankarada FETÖ əməliyyatı - 37 nəfər həbs edildi
Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsi... - "Qara qutu" oxunub, məlumatlar Qazaxıstana ötürülüb
Eldar Sabiroğlu və həyat yoldaşı ölkədən gedib - "Stop" götürülüb
Sabahın hava proqnozu açıqlandı
Fransaya casusluqda ittiham edilən şəxs Bakıda hakim qarşısında: ittiham aktını elan edilib - Xariici diplomatlar iclasa gəliblər
“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci - FOTOLAR
Qadın 40 yaşlı ərini güllələyib, daha sonra isə... - Salyanda qandonduran hadisə ilə bağlı rəsmi açıqlama yayıldı
Mərkəz İlkin Həsənlinin "Ağsaqqal"la bağlı iddiasına elə cavab verdi ki... - Müraciətlə bağlı sənədləşmə niyə təxminən bir ay ləngidilib?
Nazirlik: "Qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı var"
Prezident Əli Əsədovun köməkçisi haqda sərəncam verdi - Təltif