SABİQ DEPUTAT EMİN ƏMRULLAYEVİN “YUVA" İLƏ ƏLAQƏSİNDƏN YAZDI: keçmiş təlimçi, minlərlə manat və... (FOTO)
CƏMİYYƏT
24.12.2024, 09:07
"“Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs edilən Bakı Jurnalistika Məktəbinin rəhbəri Ülvi Tahirovun ətrafında araşdırmalar davam etdirilir. “Baku TV”nin məsələ ilə bağlı hazırladığı süjetdə bildirilib ki, Ü.Tahirovun həyat yoldaşı, feminist kimi tanınan “Yuva Humanitar Mərkəzi”nin həmsədri Rəna Tahirovanın və onunla yaxın əlaqədə olan “Femact” MMC-nin rəhbəri Pərvanə Məmmədovanın 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlanma, müxtəlif mənbələrdən maliyyə əldəetmə faktları müəyyən olunub".
Mia.az xəbər verir ki, bu sözləri Feysbuk-dakı səhifəsində keçmiş deputat, təhsil üzrə tanınmış ekspert Etibar Əliyev yazıb.
Keçmiş deputatın sözlərinə görə, ötən il Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Elm və Təhsil nazirliyinin “Məktəb icması” layihəsinə ayrılan vəsaitin dayandırılmasını və büdcənin müzakirəsinə qədər ayrılmış vəsitlərin ciddi auditinin aparılmasını təklif edib:
"Dövlətin milyonlarla manat vəsaitinin göz görə-görə mənimsənilməsinə dair faktları nəzərə alaraq bunu dedim və təklif etdim ki, həmin milyonlar regionlarda məktəb tikintisinə yönləndirilsin. Həmin layihənin əsas icraçılarından biri “Yuva Humanitar Mərkəzi”dir. Emin Əmrullayev Təhsil nazirl postuna təyin olunmamışa qədər bu təşkilatın bir neçə layihəsinin təlimçisi olub.
Nazir postuna təyin olunandan sonra maraqlar toqquşmasını nəzərə almadan təşkilata külli miqdarda vəsait ayırıb. Təkcə ötən il Elm və təhsil nazirliyi tərəfindən "Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi" nominasiyası üzrə adı çəkilən təşkilata 72.000 manat, "Tәhsildә könüllü fәaliyyәtin tәşkili" müsabiqәsi çәrçivәsindә isə 30.000 manat pul ayrılıb. Nəzərə almaq lazımdır ki, artıq bir neçə ildir ki, “Yuva Humanitar Mərkəzi”nə külli miqdarda vəsait peşkəş olunub".
Ekspertin sözlərinə görə, məsələnin başqa bir acınacaqlı tərəfi ondan ibarətdir ki, feminist qadın və onun rəfiqələrini “Məktəb icması” qurmaq adı ilə məktəblərdə yuva salmasında məqsəd nədən ibarət olub: "Belə bir şərait nə üçün bilərəkdən yaradılıb? Məqsəd çoxdan bəllidir. Milli-mənəvi dəyərləri məhv etmək...".
Məsələ ilə bağlı nazirliyin mövqeyini dinləməyə hazırıq.
Samir Musayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hikmət Hacıyev: "Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi" - VİDEO
Bugün, 15:28 PRESS
-
Fergus Auld Azərbaycanı tərk edir
Bugün, 15:09 SİYASƏT
-
Aygün Kazımovaya mahnı həsr edilib - “Mən şərqli qızam” + VİDEO
Bugün, 15:02 ŞOU-BİZNES
-
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı - FOTO
Bugün, 14:32 SİYASƏT
-
İki alpinisti Everest dağında ölüb
Bugün, 14:17 DÜNYA
-
I Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunub
Bugün, 14:15 CƏMİYYƏT
-
TÜRKİYƏ DAHA BİR İLKƏ İMZA ATDI: dəqiqədə 3 min güllə atan dron ovlayan dron… - FOTO
Bugün, 14:08 GÜNDƏM
-
Həbsdəki sabiq icra başçısı yenidən hakim qarşısına çıxarıldı
Bugün, 13:59 KRİMİNAL
-
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bugün, 13:11 PRESS
-
"Kamal Abdulla rektordur, o universitetdə işləyənlərin 80 faizi qadındır" - Novella Cəfəroğlu rektoru qınadı (MÜSAHİBƏ)
Bugün, 13:02 SİYASƏT
-
Kamal Kılıçdaroğlu ilk əmrlərini verdi – 3 nəfəri vəzifədən azad etdi
Bugün, 12:59 DÜNYA
-
Prezident rektoru təbrik etdi - MƏTN
Bugün, 12:56 GÜNDƏM
-
Deputatlar daha bir sahə üzrə cərimələrə "hə" dedi - DETALLAR
Bugün, 12:50 GÜNDƏM
-
Bu qanunu pozanlar cərimələnəcək - Məbləğlər müəyyənləşdi
Bugün, 12:45 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:42 GÜNDƏM
-
Xocavənd şəhərinə növbəti köç olub
Bugün, 12:21 GÜNDƏM
-
Ərdoğanın keçmiş silahdaşı da CHP ilə bağlı qərarı qınadı: "Türkiyənin hüquqi təminata və demokratiya ehtiyac var"
Bugün, 12:18 DÜNYA
-
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLACAQ - TAM SİYAHI (YENİLƏNİB)
Bugün, 12:07 GÜNDƏM
-
ABŞ-Kuba arasında gərginlik böyüyür – “Havana iqtidarı bizim milli təhlükəsizliyimizə təhdiddir”
Bugün, 11:58 DÜNYA
-
İki deputat Özgür Özələ arxa çevirdi: “Kılıçdaroğlunun əmrindəyik”
Bugün, 11:42 SİYASƏT
-
“Dato Ağcabədinski”yə cinayət işi açıldı - Səbəb
Bugün, 11:34 KRİMİNAL
-
“Teleqüllə” rəisinin evi söküldü, indi də... - QALMAQAL
Bugün, 11:28 CƏMİYYƏT
-
UŞAQ PULU, YOXSA NİSYƏ DƏFTƏRİ: “Doğub, törəyib, sonra da “pulumu verin!” deyə qışqırmayın” - Mirşahin elə sözlər yazdı ki...
Bugün, 11:12 YAZARLAR
-
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Bugün, 10:50 GÜNDƏM
-
İstanbulda məşhur universitet qapadıldı – Minlərlə tələbə necə olacaq?
Bugün, 10:37 GÜNDƏM
-
Sabiq deputat Türkiyədə vəfat etdi
Bugün, 10:35 GÜNDƏM
-
DSMF: 24323 vətəndaş müraciəti cavablandırılıb
Bugün, 10:31 İQTİSADİYYAT
-
“Gözəllik kraliçası”na oteldə hücum oldu – Qayçı ilə sifətinə şıram atıldı
Bugün, 10:14 ŞOU-BİZNES
-
“Vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır" - Kamal Abdullanın qadınlar haqqındakı fikri müzakirələrə səbəb oldu (AÇIQLAMALAR)
Bugün, 10:03 SİYASƏT
-
DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxundu
Bugün, 09:57 KRİMİNAL
-
Sabiq Baş nazir partiya ilə bağlı verilən qərarı “topa tutdu” - Açıqlama
Bugün, 09:45 SİYASƏT
-
"Bəlkə siz də "təşkilati sağlamlaşdırma" siyasətinə qoşulmusunuz?" - "Azəriqaz"da dərəbəylikdir
Bugün, 09:23 CƏMİYYƏT
-
Dövlət Baxçalıdan gözlənilməz çağırış: “Kılıcdaroğlu Özgür Özelin xeyrinə geri çəkilməlidir”
Bugün, 09:10 SİYASƏT
-
Özgür Özel: “Kılıçdaroğlu zəng etdi, cavab vermədim, onunla nədən danışacağıq?” - "Geri çəkilməyəcəyik, əksinə..."
Bugün, 08:58 SİYASƏT