BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - TAM SİYAHI (YENİLƏNİB)

BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - TAM SİYAHI (YENİLƏNİB)

GÜNDƏM

26.05.2026, 17:05

Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədr təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, 

apellyasiya məhkəmələri üzrə:

1.1. aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri;

ağır cinayətlər məhkəmələri üzrə:

1.2. Rəşad Şəmşir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;

1.3. Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

apellyasiya məhkəmələri üzrə:

2.1. Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

ağır cinayətlər məhkəmələri üzrə:

2.2. Zaur Arif oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

2.3. Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

2.4. Azər Ramiz oğlu Tağıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

hərbi məhkəmələr üzrə:

2.5. Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

kommersiya məhkəmələri üzrə:

2.6. Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

2.7. Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

2.8. Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

2.9. Şəhriyar İbrahim oğlu Əliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

2.10. Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

***

Bu gün  Ali Məhkəməyə iki hakim təyin olunub.

Mia.az xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Deputalar müzakirədən sonra  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev və Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunublar.

***

Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə məhkəmələrə hakimlər təyin edilib.

Mia.az xəbər verir ki,  aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakim olunublar:

- Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

- Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

- Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;

Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi, Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədov da Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilibi.

Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin olunblar:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimləri isə yenidən Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR