Deputatlar daha bir sahə üzrə cərimələrə "hə" dedi - DETALLAR

Deputatlar daha bir sahə üzrə cərimələrə \"hə\" dedi - DETALLAR

GÜNDƏM

Bugün, 12:50

Azərbaycanda narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər 3 min manatadək cərimələnəcək.

Mia.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

Təklif olunan yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi yoxlama arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR