SABİQ DEPUTAT EMİN ƏMRULLAYEVİN “YUVA" İLƏ ƏLAQƏSİNDƏN YAZDI: keçmiş təlimçi, minlərlə manat və... (FOTO)
24-12-2024 [09:07]
"“Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs edilən Bakı Jurnalistika Məktəbinin rəhbəri Ülvi Tahirovun ətrafında araşdırmalar davam etdirilir. “Baku TV”nin məsələ ilə bağlı hazırladığı süjetdə bildirilib ki, Ü.Tahirovun həyat yoldaşı, feminist kimi tanınan “Yuva Humanitar Mərkəzi”nin həmsədri Rəna Tahirovanın və onunla yaxın əlaqədə olan “Femact” MMC-nin rəhbəri Pərvanə Məmmədovanın 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlanma, müxtəlif mənbələrdən maliyyə əldəetmə faktları müəyyən olunub".
Mia.az xəbər verir ki, bu sözləri Feysbuk-dakı səhifəsində keçmiş deputat, təhsil üzrə tanınmış ekspert Etibar Əliyev yazıb.
Keçmiş deputatın sözlərinə görə, ötən il Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Elm və Təhsil nazirliyinin “Məktəb icması” layihəsinə ayrılan vəsaitin dayandırılmasını və büdcənin müzakirəsinə qədər ayrılmış vəsitlərin ciddi auditinin aparılmasını təklif edib:
"Dövlətin milyonlarla manat vəsaitinin göz görə-görə mənimsənilməsinə dair faktları nəzərə alaraq bunu dedim və təklif etdim ki, həmin milyonlar regionlarda məktəb tikintisinə yönləndirilsin. Həmin layihənin əsas icraçılarından biri “Yuva Humanitar Mərkəzi”dir. Emin Əmrullayev Təhsil nazirl postuna təyin olunmamışa qədər bu təşkilatın bir neçə layihəsinin təlimçisi olub.
Nazir postuna təyin olunandan sonra maraqlar toqquşmasını nəzərə almadan təşkilata külli miqdarda vəsait ayırıb. Təkcə ötən il Elm və təhsil nazirliyi tərəfindən "Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi" nominasiyası üzrə adı çəkilən təşkilata 72.000 manat, "Tәhsildә könüllü fәaliyyәtin tәşkili" müsabiqәsi çәrçivәsindә isə 30.000 manat pul ayrılıb. Nəzərə almaq lazımdır ki, artıq bir neçə ildir ki, “Yuva Humanitar Mərkəzi”nə külli miqdarda vəsait peşkəş olunub".
Ekspertin sözlərinə görə, məsələnin başqa bir acınacaqlı tərəfi ondan ibarətdir ki, feminist qadın və onun rəfiqələrini “Məktəb icması” qurmaq adı ilə məktəblərdə yuva salmasında məqsəd nədən ibarət olub: "Belə bir şərait nə üçün bilərəkdən yaradılıb? Məqsəd çoxdan bəllidir. Milli-mənəvi dəyərləri məhv etmək...".
Məsələ ilə bağlı nazirliyin mövqeyini dinləməyə hazırıq.
Samir Musayev
MİA.AZ
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı