Ceyhun Bayramov Serbiyanın Baş naziri ilə müzakirə aparıb

Ceyhun Bayramov Serbiyanın Baş naziri ilə müzakirə aparıb

SİYASƏT

23.12.2024, 16:19

Xarici işlər naziri Ceyhun Bayramov Belqradda Serbiyanın Baş naziri Miloş Vuçeviçlə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma işləri və sülh səyləri barədə qarşı tərəfi məlumatlandırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR