Qazaxıstan prezidenti: "Müstəqillik bizim əvəzsiz sərvətimizdir"

img

16-12-2024 [14:27]


"Müstəqillik bizim əvəzsiz sərvətimizdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev ölkəsinin müstəqillik günü ilə bağlı xalqa müraciətində deyib.

O, hər kəsin ölkəninn müstəqilliyini qorumağı vacib sayıb: "​​16 dekabr tarixi Qazaxıstan tarixində xalqın azadlıq arzusunun gerçəkləşdiyi, eyni zamanda dövlətin dirçəldiyi gündür. Müstəqillik bizim əvəzsiz sərvətimizdir. Müstəqillik baha biçilməz varlığımızdır və o hər şeydən daha vacibdir. Müstəqilliyi göz bəbəyi kimi qorumaq hər bir vətəndaşın borcudur”.

Xatırladaq ki, Qazaxıstan 33 il əvvəl - dekabrın 16-da müstəqilliyini elan edib.

Zülfiyyə Mustafayeva

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR