İSRAİL SURİYANIN DAHA 3 KƏNDİNİ İŞĞAL ELƏDİ: məskunlaşma planı rəsmən təsdiqləndi

img

15-12-2024 [18:24]


Bəşər Əsədin devrilməsindən sonra Suriyaya daxil olan İsrail iki ölkə arasında neytarl bölgəni, Qolan təpələrinin qalan hissəsini, o cümlədən Heron dağı və ətrafdakı hərbi bazalarla yanaşı, bu gün daha 3 sərhədyanı kəndi (Cemle, Mezra Beytelcin və Megar Mir kəndləri) ələ keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla yanaşı, bu gün İsrail hökuməti zəbt olunan Qolan təpələrinin digər hissəsində də israililrin məskunlaşdırılma planını rəsmən təsdiqləyib.

Məlumata görə, bununla da 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edən İsrail bir neçə gün əvvəl Baş nazir Binyamin Netanyahunun "Qolan təpələrinin əbədi olaraq İsrailin ayrılmaz hissəsi olaraq qalacaq" bəyanatına əməl edib.

İsrail hökuməti bəyan edib ki, məskubnlaşma planı ölkənin təhlükəsizliyi və suverenliyinə zəmanət verir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR