İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTOLAR (Yenilənib)
10-12-2024 [19:03]
Prezident İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.
Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.
İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.
Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.
Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb
İngiltərə millisinin hücumçusu həbs edilib
Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub
"Eskişehirspor" yarımmüdafiəçi transfer edib
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
TFF Türkiyə - Rumıniya matçı ilə bağlı açıqlama yayıb
Məhəmməd Salah Ərəbistana transfer ola bilər - 2 namizəd var
"Qalatasaray" ilə "Fənərbağça"nın futbolçuları həbs olundular
Türkiyə kubokunda oyunların təqvimi açıqlanıb - "Fənərbağça" - "Beşiktaş" derbisinin tarixi bəlli olub
Deputat CHP-dən istefa verdi
İsrail İordan çayının Qərb sahilinə hücumlarını artırıb
"Ayaks" ilk xalını "Qarabağ"dan ala biləcəkmi?
"Hitrou" aeroportundakı insidentdə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürülüb
Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Tailandın 70-ə yaxın hərbçisi Kamboca ilə sərhəddə xəsarət alıb
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
Bakıda kişi arvadının valideynlərinin evindən qızıl oğurlayıb
Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir
Türkiyədə zəlzələ olub
Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana səfərə dəvət edib
İrandan külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb
Azərbaycanla Slovakiya arasında beş sənəd imzalanıb
Rəsmi Bakı: Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir
İndoneziya Prezidenti sabah Rusiyaya səfər edəcək
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Sabunçuda yaşayış evində partlayış baş verib (Yenilənib)
Növbəti iki gündə leysan yağacaq - Xəbərdarlıq
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi
Zabitlərin hərbi xidmət müddəti: deputatlar azaldılmasına "hə" dedi
Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik olunub
"Daxili qoşunlar haqqında" qanun qəbul edilib
Aidə Hüseyn Ali Məhkəməyə hakimi təyin edilib - MM təsdiqlədi
Əli Əsədov yeni qərar imzalayıb
Vergi Məcəlləsinə dəyişikliklər olunub
AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən
2026-cı ilin dövlət büdcəsi təsdiqləndi - Gəlir və xərclər