Talişka "Fənərbağça" ilə razılaşmadığını deyir: "Xəbər yalandır"

img

04-12-2024 [19:35]


"Beşiktaş"ın sabiq futbolçusu, hazırda Səudiyə Ərəbistanının "Əl Nassr" komandasında oynayan brazilyalı Anderson Tallşka "Fənərbağça" ilə şifahi razılığa gəldiyi barədə yayılan xəbərləri təkzib eləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "İnstaqram"da xəbərə reaksiya verib. Futbolçu "Nfc1world"in linkini paylaşaraq orada yazılan "Türkiyənin "Fənərbağça" klubu ilə Anderson Talişka arasında yanvar transferi üçün şifahi razılıq əldə olunub. Hazırda "Fənərbağça" müqavilənin şərtləri ilə bağlı "Əl Nassr"lə danışıqlar aparır", - məlumatın bir kəlmə ilə yalan olduğunu bəyan edib: "Bu xəbər yalandır"

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA