Suriyada Rusiya, İran və ABŞ qüvvələri sıxışdırılır: HTŞ Hələbə girib, Türkiyənin dəstəklədiyi qrup isə YPG-yə qarşı hücuma başlayır - FOTOLAR
29-11-2024 [10:20]
Suriyada prezident Bəşər Əsəd rejiminə müxalif olan və əsasən sələfilərdən (vəhaibi) ibarət olan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması hökumət qüvvələrinin nəzərətində olan daha 18 kənd və qəsəbəni ələ keçirib və artıq Hələbə giirblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən qəfil hücumla 32 qəsəbə və kəndi ələ keçirən silahlı qruplar ötən gecə səhərdək Əsəd rejimi, İran və Rusiyaya bağlı hərbi qüvvələrlə döyüşüb və daha 18 bölgəni nəzarət altına alıblar.
Məlumata gərə, Əsədə bağlı qüvvələri daha çox döyüşdən yaylınmır, qaçırlar ki, bu da HTŞ dəsətəsinə ciddi üstünlük yaradır:

"Hələb vilayətinin qərb istiqamətində çöllük ərazidə ilk dəfə dünən səhər tezdən başlayan toqquşmalar gün ərzində davam edib. Ötən gün Hələbin qərbində 32 kənd və məntəqəni nəzarətə götürən silahlı qruplar bu gün daha 18 kəndi ələ keçirib. Hələbin qərb çölündə HTŞ-nin nəzarəti ələ keçirdiyi qəsəbə və məntəqələr arasında Əl Ragib təpəsi, Küptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Kefer Beşme, Basartun, Hur, Elkasimiyye, Kefer Bissin, Şeyx Akil, Hırderkal, Acemi, Urumsugra, Uveycil, El Hüte, El Daba, Urum Elkübra, Bişantara, Bakdina, Cemiyet Elmaari, Cemiyet Ebu Amşe, Cemiyet Emin, Cemiyet Manahil, Cemiyet er Rıdvan, Engineer, Arnaz, Kefernaha, Kanasel, Kefercum, Şeyx Ali, Babis , Kefer Naha, Arrade, Mühəndis 2, Baskatin, Zirbə, Mənsurə və digər kənd və qəsəbələr var.
HTŞ qüvvələri bu gün səhər saatlarında Hələb şəhər mərkəzinin 3 kilometrliyinə yaxınlaşıblar. Onlar artıq şəhərin girişində bir neçə qəsəbəni də ələ keçirib. Bununla təxminən 320 kvadrat kilometr ərazi onların nəzarətinə daxil olub. Bölgədə savaş hər keçən saat daha da şiddətlənir..."

Xəbərdə o da deyilir ki, günün ilk saatlarında Hələb Neyrap Hərbi Hava Limanına da PUA-larla hücum edilib: "Bir helikopter vurulub".
Məlumata görə, qruplaşma xeyli əsir də götürüb, onların arasında rus hərbçilər də var: "Hazırda Suriya və Rusiya hərbçiləri silahlı qrupları əsasən havadan və top atəşləri ilə vururlar. Ancaq yüngül və ağır texnikalarla (Əsasən PikAP-larla) parakəndə hərəkət edən qruplaşmanı dayandırmaq çətinləşib...".

Rusiya mətbuatı isə yazır ki, Müdafiə Nazirliyi bölgəyə təcili əlavə döyüş təyyarələri göndərib.
Bu arada isə Suriyanın daha bir bölgəsində yeni savaş ocağı yaranıb.
Türkiyə mətbuatı yazır ki, bu gün səhər saatlarında Türkiyənin himayəsi altında olan Azad Suriya Ordusu (Digər adı Suriya Mili Ordusu - Mia.az) İdlib vilayətinin şərqində yerləşən Serakip bölgəsində Əsəd rejiminin nəzarətində olan Trimbe, Dadih, Keferbattih, Kubas, Şabur və Mardih kəndlərini ələ keçirib:

"Bununla yanaşı, Suriya Milli Ordusu Suriyanın (SMO) şimalında ABŞ-ın "qanadının altında" olan terror təşkilatı PKK/YPG-yə qarşı hərəkətə keçib. Artıq Azezdən SMO Tel Rıfat istiqamətinə xeyli PikAP-lı hərbi qüvvə cəmləyib və bu proses artan xətlə davam edir. Yaxın saatlarda PKK/YPG-yə qarşı HTŞ sayaq güclü əməliyyatın başlanması an məsələsidir".
Tahir Şəlvəli
MİA.AZ

YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb