Suriyada Rusiya, İran və ABŞ qüvvələri sıxışdırılır: HTŞ Hələbə girib, Türkiyənin dəstəklədiyi qrup isə YPG-yə qarşı hücuma başlayır - FOTOLAR
GÜNDƏM
29.11.2024, 10:20
Suriyada prezident Bəşər Əsəd rejiminə müxalif olan və əsasən sələfilərdən (vəhaibi) ibarət olan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması hökumət qüvvələrinin nəzərətində olan daha 18 kənd və qəsəbəni ələ keçirib və artıq Hələbə giirblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən qəfil hücumla 32 qəsəbə və kəndi ələ keçirən silahlı qruplar ötən gecə səhərdək Əsəd rejimi, İran və Rusiyaya bağlı hərbi qüvvələrlə döyüşüb və daha 18 bölgəni nəzarət altına alıblar.
Məlumata gərə, Əsədə bağlı qüvvələri daha çox döyüşdən yaylınmır, qaçırlar ki, bu da HTŞ dəsətəsinə ciddi üstünlük yaradır:

"Hələb vilayətinin qərb istiqamətində çöllük ərazidə ilk dəfə dünən səhər tezdən başlayan toqquşmalar gün ərzində davam edib. Ötən gün Hələbin qərbində 32 kənd və məntəqəni nəzarətə götürən silahlı qruplar bu gün daha 18 kəndi ələ keçirib. Hələbin qərb çölündə HTŞ-nin nəzarəti ələ keçirdiyi qəsəbə və məntəqələr arasında Əl Ragib təpəsi, Küptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Kefer Beşme, Basartun, Hur, Elkasimiyye, Kefer Bissin, Şeyx Akil, Hırderkal, Acemi, Urumsugra, Uveycil, El Hüte, El Daba, Urum Elkübra, Bişantara, Bakdina, Cemiyet Elmaari, Cemiyet Ebu Amşe, Cemiyet Emin, Cemiyet Manahil, Cemiyet er Rıdvan, Engineer, Arnaz, Kefernaha, Kanasel, Kefercum, Şeyx Ali, Babis , Kefer Naha, Arrade, Mühəndis 2, Baskatin, Zirbə, Mənsurə və digər kənd və qəsəbələr var.
HTŞ qüvvələri bu gün səhər saatlarında Hələb şəhər mərkəzinin 3 kilometrliyinə yaxınlaşıblar. Onlar artıq şəhərin girişində bir neçə qəsəbəni də ələ keçirib. Bununla təxminən 320 kvadrat kilometr ərazi onların nəzarətinə daxil olub. Bölgədə savaş hər keçən saat daha da şiddətlənir..."

Xəbərdə o da deyilir ki, günün ilk saatlarında Hələb Neyrap Hərbi Hava Limanına da PUA-larla hücum edilib: "Bir helikopter vurulub".
Məlumata görə, qruplaşma xeyli əsir də götürüb, onların arasında rus hərbçilər də var: "Hazırda Suriya və Rusiya hərbçiləri silahlı qrupları əsasən havadan və top atəşləri ilə vururlar. Ancaq yüngül və ağır texnikalarla (Əsasən PikAP-larla) parakəndə hərəkət edən qruplaşmanı dayandırmaq çətinləşib...".

Rusiya mətbuatı isə yazır ki, Müdafiə Nazirliyi bölgəyə təcili əlavə döyüş təyyarələri göndərib.
Bu arada isə Suriyanın daha bir bölgəsində yeni savaş ocağı yaranıb.
Türkiyə mətbuatı yazır ki, bu gün səhər saatlarında Türkiyənin himayəsi altında olan Azad Suriya Ordusu (Digər adı Suriya Mili Ordusu - Mia.az) İdlib vilayətinin şərqində yerləşən Serakip bölgəsində Əsəd rejiminin nəzarətində olan Trimbe, Dadih, Keferbattih, Kubas, Şabur və Mardih kəndlərini ələ keçirib:

"Bununla yanaşı, Suriya Milli Ordusu Suriyanın (SMO) şimalında ABŞ-ın "qanadının altında" olan terror təşkilatı PKK/YPG-yə qarşı hərəkətə keçib. Artıq Azezdən SMO Tel Rıfat istiqamətinə xeyli PikAP-lı hərbi qüvvə cəmləyib və bu proses artan xətlə davam edir. Yaxın saatlarda PKK/YPG-yə qarşı HTŞ sayaq güclü əməliyyatın başlanması an məsələsidir".
Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi başlayır
Bugün, 13:09 CƏMİYYƏT
-
Aysu Əsədova 3 oyunluq cəzalandırıldı
Bugün, 13:00 İDMAN
-
Sabiq deputatın həbsdəki yeri dəyişdi - Komitə sədrinin qardaşı ilə davadan sonra
Bugün, 12:55 SİYASƏT
-
MEDİA rəhbəri D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Bugün, 12:44 PRESS
-
Komitə sözçüsü vəzifədən azad edildi
Bugün, 12:24 PRESS
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:19 GÜNDƏM
-
Mikayıl Cabbarov: "Qanunsuz tikililər üçün amnistiya..."
Bugün, 12:04 CƏMİYYƏT
-
Dövlət qurumunun həyətindən ekskavator qaçırılıb - Təfərrüat
Bugün, 12:00 KRİMİNAL
-
Günay Əliyeva mətbuat katii təyin edildi - Nəzrin Adıgözəlzadə yola salındı
Bugün, 11:57 PRESS
-
Daha 35 nəqliyyat vasitəsi özəlləşdirilib
Bugün, 11:57 İQTİSADİYYAT
-
Qrenlandiyadan ABŞ-a daha bir etiraz: “Bura sınaq məntəqəsi deyil”
Bugün, 11:50 DÜNYA
-
Çernobılda vəhşi təbiətin sürprizləri - İnsanlar qaçdı, heyvanlar çoxaldı
Bugün, 11:38 GÜNDƏM
-
Nadir Qafarzadə: "Bəzi xristian qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar"
Bugün, 11:32 ŞOU-BİZNES
-
Saleh Səmədov hakim qarşısına çıxarıldı - 200 minlik mənimsəmə iddiası...
Bugün, 11:28 SİYASƏT
-
Türk futbolçu İngiltərədə ilin oyunçusu seçilib: "Çox xoşbəxtəm"
Bugün, 11:19 İDMAN
-
Şəmkirdə faciə: iki nəfər uçqun altında qaldı, biri öldü
Bugün, 11:13 CƏMİYYƏT
-
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bugün, 11:08 İQTİSADİYYAT
-
Avropa Türkiyədən qorxmağa başlayır? - TƏHLİL
Bugün, 11:06 SİYASƏT
-
Daha bir sahə üzrə könüllülük platforması fəaliyyətə başlayır
Bugün, 10:46 MƏDƏNİYYƏT
-
Sabiq rəis müavininin qızı həbsdən buraxıldı - 600 minliik qalmaqal
Bugün, 10:42 KRİMİNAL
-
"Tottenhem" yenə məğlub oldu – Premyer Liqada qalma şansı “tük”dən aslı qaldı
Bugün, 10:29 İDMAN
-
Ərdoğan nazirə belə dedi: “Sürpriz edə bilərik yox, “qazanacağıq” deyəcəksən”
Bugün, 10:18 İDMAN
-
"Kölgə iqtisadiyyatı"nın azaldılması hesabına... - Mikayıl Cabbarovdan açıqlamalar
Bugün, 10:14 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ oldu - 5.6 bal gücündə
Bugün, 10:10 GÜNDƏM
-
127 ildən sonra bir ilk – Bu komanda Avrokuboka vəsiqə qazandı
Bugün, 09:55 İDMAN
-
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Bugün, 09:39 GÜNDƏM
-
ABŞ Senatı İrana hücumu məhdudlaşdıran qanun layihəsinə “hə” dedi – Tramp "əl-qolu"nu bağlayan qərarı bloklayacaq?
Bugün, 09:27 GÜNDƏM
-
PUTİN ÇİNDƏ BELƏ QARŞILANDI - Masada 40 razılaşma mətni var (VİDEO, FOTOLAR)
Bugün, 09:19 GÜNDƏM
-
"AZƏRİQAZ"DA ANORMAL MÜHİT YARANIB: rəhbərliyin simpatiya paketi, “Kabinet komfort əlavəsi” və ya tanışlıq... - "Peşəkarlar ətir iyi gələn kabinetlərdə var?"
Bugün, 09:11 İQTİSADİYYAT
-
"Liv Bona Dea" buna dözümsüz yanaşdı - Tanınmış şəxslərlə xəstəxana arasında məhkəmə başlayır
Bugün, 09:06 CƏMİYYƏT
-
Azərbaycan nefti 117 dollara endi
Bugün, 09:04 İQTİSADİYYAT
-
BƏƏ-yə 6 dron fırladılıb - Son 48 saatda
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
İsrail Livanı yenə bombaladı: daha 10 nəfər öldü
19.05.2026, 23:27 DÜNYA