"Nazirə şikayət etdim, gəldilər, lakin..." - Gədəbəydə ağacları kimlər qırır? (FOTOLAR)
01-11-2024 [19:18]
Gədəbəy rayonu, Kələman kənd sakini Hacıyev Rasim Şəmşəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi dərc edirik:
“Yazıb bildirmək istəyirəm ki, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayının gözətçisi İbrahimov Mübariz Qiyas oğlu ciddi qanun pozuntuları həyata keçirir. O, bizim haqlarımızı pozmaqla məşğuldur. Qeyd edim ki, bu adam meşədə “bazar açıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” çağrı mərkəzinə zəng edib şikayətimizi bildirsək də, heç bir nəticəsi olmayıb.
2022-ci ilin noyabrından indiyə qədər dəfələrlə Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasib Nəbiyeva şikayətimi bildirsəm də, heç bir tədbir görülmədi. Hətta mənə dedi ki, mən o gözətçini işdən azad edə və onun barəsində hansısa tədbir görə bilmərəm.
Məlum oldu ki, meşəni qırıb satan gözətçi İbrahimov Mübariz Qiyas oğlu, elə həmin mərkəzin direktoru Vasib Nəbiyev başda olmaqla, mərkəzin digər vəzifəli işçiləri və eyni zamanda meşəbəyi Əfqan Mustafayevlə əlbir işləyir. Ona görə də, rahatıqla meşəni qırıb satırmış.
Meşə ərazisi bizim evin arxa hissəsindən başlayır. Gözətçi Mübariz İbrahimov 2023-cü ilin yanvar ayında, biz evdə olmadığımız zaman, 19 ədəd fıstıq ağacını müxtəlif diametrlərdə kəsdirib satmışdı. Mən gəlib görəndə dəhşətə gəldim. Bu haqda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasib Nəbiyeva şikayət etdim. O, yoxlama göndərdi. Yoxladılar Mübariz İbrahimova 1500 manat cərimə protokolu yazıldı. Həmin akta mən də qol çəkdim. Amma araşdırma üçün hüquq-mühafizə orqanına göndərmədilər. İşi öz aralarında həll etdilər.
O, 2-3 aydan sonra yenə meşəni qırıb talamağa başladı. Mən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva yazdım. Nazirlikdən məktub gəldi. Tovuz Regional 2 saylı Ekologiya İdarəsinin və Şəmkir Regional Meşə Təsərrüfatı mərkəzinin əməkdaşları birgə yoxlamaya gəldilər. Mənə bildirildi ki, sizə məktub göndərəcəyik. 1-2 ay keçdi, məktub gəlmədi. Belə olduqda, Meşə İdarəsinə gəldim. Mənə heç bir məlumat verilmədi.
Oğuz, Xanlar və Şəmkir rayonlarında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qəbulunda olmuşam. Cənab nazir sağ olsun, məni qəbul etdi, şikayətimi dinlədi. Mənim əlimdə olan faktları da götürdü. Tapşırdı ki, bu işlə bağlı yoxlama getsin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 2 nəfər yoxlamağa gəldi. Yenə də meşə ərazisi yoxlanılmağa başlanıldı. Mən qanunsuz kəsilmiş ağacları göstərdikdə onlar dəhşətə gəldilər. Dedilər ki, cavan ağacı necə kəsiblər?! Lakin gözətçi Mübariz İbrahimov yoxlanışa mane oldu. Meşənin 40 faizi yoxlanılmadı. Məsələni öz aralarında həll etdilər. Yenə də araşdırmanın nəticəsi mənə göndərilmədi. Şəxsi nömrələrinə yığdım ki, siz məni aldatdınız, araşdırmanın cavabı mənə gəlmədi. Dedilər ki, məktubu sizə göndərmişik, yəqin poçtda problem olub. 3 gündən sonra araşdırmanın nəticəsini göndərdilər. Məktubda yazılmışdı ki, meşədə qanunsuz kəsilmə aşkar olunub, bununla bağlı aidiyyatı orqanlara məlumat verilib. Lakin heç bir ciddi tədbir görülmədi.
Cənab nazir Muxtar Babayev Şəmkir rayonunda vətəndaşları qəbul edən zaman yenidən qəbuluna getdim. Məktubu cənab nazirə göstərdim.
Lakin Mübariz İbrahimov yenə də öz işinin başındadır.
Məsələni bağlamaq üçün dedilər ki, ağacları naməlum şəxs kəsib. Belə bir variant işlətdilər.
Qeyd edim ki, bizim ərazidə qaz yoxdur, istilik üçün odundan istifadə edirik. Qırılmış ağac vardı, onu gətirmək istəyəndə gözətçi Mübariz İbrahimov və meşəbəyi Əfqan Mustafayev polis əməkdaşlarına məlumat verdilər, bizi tutdular. Bizə bildirildi ki, əlavə odun oğramışıq. Şəmkir Regional Meşə Təsərrüfatından Rövşən və Tural müəllim gəldi, yoxlama keçirdilər. Mənə dedilər ki, götürdüyün 2 kub metr odunun 480 manat cəriməsi var. Mən də onlara inandım. Məndən Mübariz İbrahimov və Əfqan Mustafayev 1000 manat aldılar. Onlardan çek tələb etdikdə isə bildirildi ki, çekini sənə verəcəyik. Tural və Rövşən müəllim də orada idi. 1 aydan sonra çekimi aldım. Çeki alanda baxıram ki, 48 manat cərimə yazılıb, deməli, məni aldadıblar”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məumat verilib. Qurumdan əməkdaşımıza bildirildi ki, araşdırılıb məlumat veriləcək.
Aynurə İSMAYIL
Hurriyyet.az
Qeyd: Redaksiyamıza göndərilən video-müraciəti də olduğu kimi oxucularımıza təqdim edirik:
10-a yaxın plastik cərrahın lisenziyası ləğv olunub
Netanyahu Trampa peycer hədiyyə edib - Biri qızıl, digəri isə...
İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq
AFFA "Turan Tovuz"u cərimələyib
Keçmiş idarə rəisi Ədliyyə Nazirliyini məhkəməyə verdi
Sabah hava necə olacaq? - Proqnoz
İTKİN DÜŞMÜŞ DAHA ÜÇ HƏRBÇİNİN ŞƏXSİYYƏTİ MÜƏYYƏN OLUNDU - FOTO
İpoteka kreditləri: 5 min ev satılacaq? - Vüqar Bayramov yazır
Tramp Netanyahu ilə görüşdə İranı müharibə ilə hədələdi: "Mən bunu istəmirəm, ancaq..." - "Tehranla elə bir saziş olmalıdır ki..."
Ağdam, Füzuli və Xocavənddə təmir-bərpa işləri... - Publik hüquqi şəxsin 5.1 milyon manatlıq tender ləğv olundu
Efirdə meyxanaçının qadın müğənniyə "150 manatlıqsan" sözü gərginlik yaratdı - VİDEO
"Şəkili Yusif" həbs edildi
MN: Suriyada PKK/YPG terrorçuları zərərsizləşdirilib
Məşhur müğənninin üzünü yandırıblar - Qadın salonunda (FOTOLAR)
Tramp Netanyahu ilə görüşdə "Qəzza bizim - ABŞ-ın torpağı olacaq, fələstinlilər isə köçürüləcək" dedi - Ər-Riyad və HƏMAS-dan sərt etirazlar gəldi
Arzu Hüseynova Mətbuat katibi təyin olunub
Cəbrayıl şəhərciyində əməliyyat: qadın narkotiklə tutulub
EMİN ƏMRULLAYEVDƏN NÖVBƏTİ MARAQLI DƏYİŞİKLİKLƏR - Vəfa Yaqublu ilə sabiq müdir yüksək vəzifələrə təyinat alıblar
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir
Bakıda tanınmış yazıçınin meyiti evində tapılıb
SOCAR məlumat yaydı
“Meydan TV işi”: Şəmşad Ağa saxlanılıb
NONSES: Sumqayıtda parkda övladı yaşında qızlara sataşdı, üstəlik, ona xəbərdarlıq edəni bıçaqladı, məhkəmə isə... - Prokurorluğun protesti rədd olunub
USAID kollektivin çoxunu öz hesablarına məzuniyyətə buraxır - Ölkədən kənarda olan işçilər isə geri çağırılır
Yardımlıda əməliyyat: Elvin Novruzovla Əlövsət Mustafayev saxlanılıb
İsrail ordusu mülki şəxslərin yaşadığı evi uçurub - Dağıntılar altında qalanlar var
Azərbaycan nefti bahalaşdı
Almaniya prezidenti Türkiyəyə gəlir
Ərdoğan Suriya prezidenti ilə bir arada: "Hər mövzuda tam razılaşdığımıza məmnunam"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" keçmiş futbolçusunu yenidən heyətinə cəlb edib
İordan çayının qərb sahilində 380 nəfər saxlanılıb
İsveçdə məktəbdə atışma: 4 nəfər yaralanıb
AZAL-ın AKTAUDA QƏZAYA UĞRAYAN TƏYYARƏSİ - İlkin hesabat açıqlandı
“Avroviziya 2025”: Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək
Suriya prezidenti Ankaraya gəldi - Ərdoğanla Şara görüşdü
Türkiyə Qəzzaya daha 27 yük maşını yardım göndərib
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
"Beşiktaş" Çer Ndour ilə yollarını ayırıb
Prezident İlham Əliyev Şri-Lanka liderinə məktub göndərib - MƏTN
"Beşiktaş" oyunçusunu "Monako" komandasına icarəyə verib
Daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib, yeni tapşrıqlar verib - VİDEO
Ziraat Türkiyə Kuboku: "Sivasspor" ilk qələbəsini qazanıb
Migar Camal: “TikTok”u sevmirəm, ora baxanda, utanıram"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı