EMİN ƏMRULLAYEVDƏN NÖVBƏTİ MARAQLI DƏYİŞİKLİKLƏR - Vəfa Yaqublu ilə sabiq müdir yüksək vəzifələrə təyinat alıblar
05-02-2025 [10:29]
Elm və Təhsil Nazirliyinin əsas nüvəsi sayılan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində kadr dəyişiklyi olub.
Mia.az xəbər verir ki, nazir Emin Əmrullayevin əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev Agentlik sədrinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçi vəzifələrində çalışıb.
O, 2022-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. V.Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda "Rus dili və ədəbiyyat müəllimliyi" ixtisası üzrə təhsil alıb.
Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə işləyib. Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Arslan Hacıyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderlandın "Maastricht School of Management" və ADA Universitetində "Beynəlxalq biznes" ixtisası üzrə təhsilini davam etdirib.
Həmçinin o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldə edib.
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"
Qurban Qurbanovdan rəqib komandanın baş məşqçisinin qeyri-etik davranışına - Reaksiya
"Ayaks"ın baş məşqçisi: "Sıfır xaldan çıxmaq çox çətin idi"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb
CHP-nin keçmiş təşkilat sədri sərbəst buraxıldı - (Yenilənib)