İsrail ordusu mülki şəxslərin yaşadığı evi uçurub - Dağıntılar altında qalanlar var

img

05-02-2025 [09:21]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərindəki Cenin Qaçqınlar Düşərgəsində qadın və uşaqların olduğu evi uçurub.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu barədə Fələstin Mülki Müdafiə İdarəsi bəyanat yayıb.

Bildirilib ki, Ed-Demec məhəlləsində içərisində mülki şəxslərin olduğu evin dağıntıları altında qalanlar var: "Dağıntılar altında bir qadın və 3 uşaq qalıb. Axtarış-xilasetmə işləri başlasa da, onların həyatını xilas etmək mümkün olmayıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA