SOCAR məlumat yaydı

img

05-02-2025 [10:01]


Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:01 05.02.2025

SOCAR məlumat yaydı