"Beşiktaş" oyunçusunu "Monako" komandasına icarəyə verib

img

04-02-2025 [17:50]


"Beşiktaş" Əl-Musratini "Monako"ya icarəyə verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda klubdan verilən açıqlamada deyilir: "Klubumuz "AS Monako" Futbol Klubu və oyunçu ilə peşəkar futbolçumuz Almoatasembellah Ali Mohamed Al Musratinin 2024-2025 mövsümünün sonuna qədər müvəqqəti transferi ilə bağlı razılığa gəlib. Anlaşmaya əsasən, "Monako" satınalma opsiyasına sahib olmaqla, oyunçunun  2024/2025 mövsümünün sonuna qədər maaşını öz üzərinə götürüb". 

Xatırladaq ki, Əl-Musrati "Beşiktaş" komandasında cəmi 38 oyuna çıxıb və 3 qol ilə yadda qalıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA