Dövlət Vergi Xidməti Bakıda 43 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib - Kartdan karta ödəmələrə görə
İQTİSADİYYAT
29.10.2024, 16:55
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan 43 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Mia.az Dövlət Xidmətinə istinadla xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.
Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib:
"Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.
Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.
Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Elnur Məmmədov ABŞ-ın Ermənistandakı diplomatı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTO
Bugün, 19:01 SİYASƏT
-
Bakıda 46 yaşlı keçmiş məhkum tutulub
Bugün, 18:40 KRİMİNAL
-
Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur
Bugün, 18:25 GÜNDƏM
-
Ərdoğan Avropa çempionu olan yığma komanda üzvlərini qəbul edib
Bugün, 18:00 İDMAN
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittiham... (Yenilənib)
Bugün, 17:53 KRİMİNAL
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 17:43 İQTİSADİYYAT
-
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Bugün, 17:43 GÜNDƏM
-
İspaniya və Fransada güclü yanğın... - Türkiyə dörd yanğınsöndürmə təyyarəsi göndərdi
Bugün, 17:20 DÜNYA
-
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın ilk iclası bu tarixdə keçiriləcək
Bugün, 17:15 İQTİSADİYYAT
-
Cahid İsayevə hökm oxundu
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Fondun yeni sədri kollektivə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən
Bugün, 16:49 GÜNDƏM
-
Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi
Bugün, 16:34 DÜNYA
-
Anar Əsədlinin şikayətinə "yox" deyildi
Bugün, 16:25 SİYASƏT
-
Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?
Bugün, 16:11 İQTİSADİYYAT
-
Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə yazır
Bugün, 15:47 YAZARLAR
-
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
Bugün, 15:31 GÜNDƏM
-
Mənsur Yavaş CHP-ninn tədbirinə qatılmaqdan imtina etdi
Bugün, 15:20 SİYASƏT
-
İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."
Bugün, 15:07 DÜNYA
-
Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."
Bugün, 14:58 İQTİSADİYYAT
-
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Bugün, 14:51 CƏMİYYƏT
-
“Quyruğumu basanın başından basacağam” - Telli Borçalı
Bugün, 14:39 ŞOU-BİZNES
-
Türk Hava Yolları məşhur futbol klubunun əsas sponsoru oldu - Beş ildə kluba fantastik məbləğ xərclənəcək
Bugün, 14:33 İDMAN
-
TƏBİB-in icraçı direktoru özünə müşavir götürüb
Bugün, 14:28 CƏMİYYƏT
-
Prezident sərəncam imzaladı, Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
Bugün, 14:06 PRESS
-
QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
Bugün, 13:58 CƏMİYYƏT
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 CƏMİYYƏT
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN