“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya

“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya

İQTİSADİYYAT

Bugün, 16:28

Bazardakı bu dəyişikliklər rəqabət mühitini yeniləsə də, bankın strateji üstünlüklərinə mənfi təsir göstərmir.

Mia.az xəbər verir ki, bunu “PostMedia”nın sualına cavabında “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.

B.Nağıyevin sözlərinə görə, bank sektorunda konsolidasiya prosesləri bazarın sağlamlaşması və daha iri oyunçuların formalaşması baxımından təbii bir mərhələdir:

“Lakin “Paşa Bank” illərdir ki, korporativ bankçılıq sektorunda kapital həcmi, geniş mütəxəssis komandası və təqdim etdiyi iri həcmli sindikatlaşdırılmış kreditlər üzrə şəksiz liderdir. Yeni birləşmələr rəqabəti artırsa da, bizim korporativ tərəfdaşlarımıza təklif etdiyimiz miqyas, maliyyə dayanıqlılığı və kompleks xidmət səviyyəsi mövqeyimizi möhkəm saxlayır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR